“Bayraktar AKINCI”dan möhtəşəm uğur – İlk atış sınağını müvəffəqiyyətlə tamamladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin Müdafiə Sənayesi İdarəsi ilə birlikdə həyata keçirilən, tamamilə milli və orijinal səciyyə daşıyan “Bayraktar AKINCI” pilotsuz hücum aparatı sursat inteqrasiyası prosesində daha bir mühüm mərhələni uğurla başa vurub.
“Baykar savunma” ictimaiyyətlə əlaqələr departamentindən Metbuat.az-a verilən məlumata görə, 14 İyun 2022-ci il tarixində Çorludan havaya qalxan “Bayraktar AKINCI”, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış “KGK-SİHA-82” (Qanadlı Sükan Dəsti) sursatı ilə dəniz üzərində müəyyən edilən koordinatlarda həyata keçirilən ilk atış sınağını müvəffəqiyyətlə tamamlayıb.
Bu yaxınlarda “Roketsan” tərəfindən hazırlanmış “Teber-82” ilə dəniz səthində uğurlu atış sınağı həyata keçirən “Bayraktar AKINCI” milli aviasiya tarixinin hündürlük rekorduna da sahibdir. Test uçuşlarına davam edən “Bayraktar AKINCI B TİHA” 11 Mart 2022-ci il tarixindəki sınaq uçuşunda 40.170 fut yüksəkliyə qalxaraq Türkiyə aviasiya tarixinin yüksəklik rekordunu qırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.