Bayramov və Mirzoyan bu gün ABŞ-də görüşəcək?
BEY.AZ informasiya agentliyi xəbər verir
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, C.Bayramovun proqramında belə bir görüş yoxdur.
Azərbaycan XİN başçısının digər görüşlərinə gəldikdə isə A.Hacızadə bildirib ki, bu barədə görüşlər keçirildikcə məlumat veriləcək.
Qeyd edək ki, Ermənistan mətbuatı Nyu-Yorkda C.Bayramov və A.Mirzoyan arasında görüşün keçirilə biləcəyinə dair məlumat yayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bayramov #və #Mirzoyan #gün #ABŞdə #görüşəcək