fbpx

Bayrunun təyinatı Fransa parlamentində etirazla qarşılandı

Rüya Yorumları burda

Fransa Prezidenti Emmanuel Makronun Demokratik Hərəkatın lideri Fransua Bayrunu baş nazir təyin etməsi artıq etirazlara səbəb olub.

BEY.AZ xəbər verir ki, parlamentdə bu təyinata etiraz edənlər var. Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Fransua Bayrunun hökumət başçısı seçilməsinə narazılıq edib.

Qeyd edək ki, Prezident Emmanuel Makron Fransua Bayrunu baş nazir təyin edib. Bu barədə Yelisey Sarayından açıqlama verilib. Açıqlamada, Bayrunun 2017-ci ildən bəri bütün seçkilərdə Makronun ortağı olduğu bildirilib. Fransada sağ mərkəzçi Baş nazir Mişel Barnierin rəhbərlik etdiyi hökumət etimad səsverməsində səs toplaya bilmədiyi üçün istefaya gedib. Bayru Makronun maliyyə çevrələri ilə yaxınlığını tez-tez tənqid edən siyasətçi olsa da, 2017-ci il prezident seçkilərində namizəd olmaqdan vaz keçib və Makronu dəstəkləyərək ittifaq qurub. Əvvəllər təhsil naziri və ədliyyə naziri vəzifələrində çalışmış Bayru həm də Avropa Parlamentinin üzvü olub. Lakin 2017-ci ildə o, Ədliyyə Nazirliyindəki qanunsuzluqlarla bağlı başlanan araşdırmaya görə istefa verib.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu