fbpx

BDU-da Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyası yaradılıb.

BDU-dan Metbuat.az-a verilən məlumata görə, bitkilərin dəyişkən və əlverişsiz şəraitlərə (abiotik və biotik) uyğunlaşdırılması üçün klassik selektiv metodlardan istifadə edilməsi ölkənin ixrac potensialını azaldır, daxili qida ehtiyaclarının qarşılanmasını çətinləşdirir.

Bu da nəticə etibarilə seleksiya istiqamətində aparılan tədqiqatların aktuallığını azaldır. Bu problemlərin həlli istiqamətində qısamüddətli intensiv seleksiya texnologiyalarının tətbiq edilməsinə ehtiyac duyulur. Hazırda mövcud olan intensiv seleksiya texnologiyaları içərisində CRISPR-Cas9, TALENs technology və RNAi daha geniş tətbiq edilir. Qeyd etmək lazımdır ki, göstərilən texnologiyalar əsasında ölkəmizdə seleksiya məhsullarının alınması həyata keçirilməsinə baxmayaraq, bu metodların elmi tədqiqatlara inteqrasiyasına – kənd təsərrüfatında müasir molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə yeni genotiplərin yaradılması istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var.

Rüya tabirlerini burdan oku

BDU-nun nəzdində bu istiqamət üzrə yeni innovativ laboratoriyanın yaradılması müasir texnologiyalar vasitəsilə orqanizmdə yeni əlamətlərin saxlanılması (genom redaktə ilə), yüksək məhsuldarlıq, molekulyar metodlarla iqlim dəyişkənliyinə dözümlülük, stress faktorlarına davamlılıq kimi əlamətləri daşıyan bitki genomlarının hazırlanmasına, bitkiçilikdə müasir biotexnoloji tətbiqlərin transferinə, qida təhlükəsizliyini təmin etmək məqsədilə yeni biotexnoloji metodların inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə uyğun olaraq biotexnologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına imkan verəcək.

ETL-in yaradılmasında Kənd Təsərrüfatı Nazirliyi, USAID, FAO, İsrailin “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi və Yerusəlim Yəhudi Universitetinin iştirak etməsi BDU-nun təhsil-elm-istehsalat istiqamətində əlaqələrinin genişlənməsinə və elmi ideyaların kommersiyalaşdırılmasına imkan verəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu