fbpx

BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura üzrə iki yeni ixtisaslaşmanın açılması nəzərdə tutulur.

Bu barədə Metbuat.az-a Bakı Dövlət Universitetindən xəbər verilib.

Bildirilib ki, bunlar Şərqşünaslıq fakültəsində Tərcümə (ərəb dili üzrə) və Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmalarıdır.

Rüya tabirlerini burdan oku

Şərqşünaslıq fakültəsinin bakalavr pilləsində Tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasında tərcüməçi kadrlar yetişdirilir. Bu ixtisasda əsasən dil və tərcümə ilə bağlı fənlər tədris olunur. Ərəb dilində yüksəkixtisaslı, daha peşəkar tərcüməçilər yetişdirmək üçün 2023-2024-cü tədris ilində magistratura pilləsində yeni açılacaq Tərcümə (ərəb) ixtisası üzrə 2 plan yeri nəzərdə tutulub.

“Hazırda ölkəmiz istər iqtisadi, istər digər sahələrin dayanıqlı inkişafı istiqamətində bir çox ölkələrə nümunə olacaq işlər həyata keçirir. Müasir dövrdə iqtisadi inkişafda davamlılığın təmin edilməsi dövlət idarəetmə orqanları qarşısında duran ən vacib problemlərdən biridir. Problemin həlli dövlətin inkişaf proseslərinin planlaşdırılması, idarə edilməsi, innovativ texnologiyaların tətbiqi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması sayəsində mümkündür.

Davamlı inkişaf iqtisadi, ekoloji və sosial problemləri kompleks şəkildə həll etməyə imkan verən, müasir dövrün inkişaf strategiyası kimi qəbul edilən yeganə tərəqqi modelidir. Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmasının açılması məhz bu zərurətlərdən irəli gəlib” – məlumatda bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BDUda #magistratura #üzrə #iki #yeni #ixtisaslaşma #açılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu