fbpx

BDU-nun baş müəllimi ilə bağlı qərar verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Dövlət Universitetinin keçmiş baş müəllimi Həcər Mikayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az “Apa”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin baxılma aidiyyəti müzakirə edilib.

Məhkəmə Həcər Mikayılovanın barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasının doğru olmadığı qənaətinə gəlib. Cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Həcər Mikayılova üç nəfərin 344 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BDUnun #baş #müəllimi #ilə #bağlı #qərar #verildi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin