BDU-nun tələbəsi faciəvi şəkildə öldü
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Politologiya” ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev faciəvi şəkildə vəfat edib.
Bu barədə BEY.AZ-a BDU-dan məlumat verilib. Məlumata görə, tələbə avtoqəza nəticəsində həyatını itirib.
“BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |