BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan arasında dörd kənd ərazisində quru sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmanı alqışlayır və iki ölkə arasında etimadın yaradılması və sülhün möhkəmləndirilməsi prosesini yaxından izləyir.
BEY.AZ xəbər verir ki, bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında açıqlama yayımlanıb. Məlumatda razılaşmanın kommunikasiya və dialoq körpülərinin güclənməsinə, Qafqaz regionunda sabitliyin və konstruktiv əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunur.
Rəsmi saytda BƏƏ dövlət naziri Əhməd Əli Əl-Sayeğin açıqlamasına istinadən bildirilir ki, birbaşa kommunikasiyalar vasitəsilə bərqərar olan bu müsbət inkişaf həm regional, həm də beynəlxalq səviyyədə inkişafı və sülhü gücləndirəcək. Hər iki ölkəyə və onların xalqlarına fayda gətirəcək, gələcək tərəqqi və yüksəlişə nail olmaqla, onların qarşılıqlı maraqlarını yerinə yetirəcəkdir.
Birləşmiş Ərəb Əmirlikləri həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə sıx və dəyərli əlaqələrə malikdir. BƏƏ regionda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir məsələlərin dinc və qarşılıqlı dialoq yolu ilə həllini vacib hesab edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.