Belarus Ukrayna ilə sərhədin müdafiəsini gücləndirdi
Belarus Ukrayna ilə sərhəddə əlavə hərbi birləşmələr yerləşdirib.
BEY.AZ xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.
Dövlət katibi bildirib ki, Belarusun cənubunda dövlət sərhədinin təhlükəsizliyi və müdafiəsi gücləndirilib.
Onun sözlərinə görə, bu tədbirlər mövcud vəziyyətə adekvat cavab vermək üçün atılıb.
Alexander Volfoviç qeyd edib ki, İHA-lara və əks-təxribat hərəkətlərinə qarşı hərtərəfli mübarizə sisteminin effektivliyinin artırılmasına xüsusi diqqət yetirilir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |