Belarusa görə millimizin oyunları dəyişdirildi
BEY.AZ informasiya agentliyi xəbər verir
19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, ölkəsinin hava məkanı uçuşlar üçün qapalı olduğuna görə, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək.
Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Təqvimin dəyişməsi millinin səfər planlarına da təsir edib. U-19 əvvəlcədən planlaşdırıldığı kimi, martın 14-də deyil, bir gün sonra səfərə yollanacaq, Bakıya isə ayın 19-da dönəcək.
17 mart
Azərbaycan – Xorvatiya
Karlovac şəhəri. Mladost Arena. Saat 20:00
18 mart
Latviya – Azərbaycan
Karlovac şəhəri. Mladost Arena. Saat 20:00
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.