Belçika İtaliyanın biləyini bükə bilmədi, Fransadan qol şousu
UEFA Millətlər Liqasının üçüncü turunda İtaliya və Belçika milliləri arasındakı qarşılaşma dramatik anlara səhnə olub.
BEY.AZ xəbər verir ki, Romada “Stadio Olimpico” stadionunda keçirilən oyunda 4 qol vurulub. Meydan sahibləri 2 top fərqi ilə üstün olarkən qırmızı vərəqə alıblar. Pelleqrini 40-cı dəqiqədə meydandan qovulub. Bundan sonra qonaqlar iki dəfə fərqlənərək hesabı bərabərləşdiriblər. Qrupun digər oyununda İsrail Fransaya 1-4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 3 turdan sonra İtaliya 7 xalla qrup lideridir. Fransa 6 xal toplayıb. 4 xal toplayan Belçika üçüncü, sıfır xalı olan İsrail 4-cü yerdə qərarlaşıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |