Belçika XİN öz vətəndaşlarına İranı tərk etməyə çağırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.
“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqları təmin edilə bilməz”, – bəyanatda deyilir.
Qeyd olunub ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Belçika #XİN #öz #vətəndaşlarına #İranı #tərk #etməyə #çağırdı