fbpx

​Belçikadan Ukraynaya verilən silahlarla bağlı etiraz

BEY.AZ informasiya agentliyi xəbər verir



Belçika hökuməti Ukraynaya verilən silahların Rusiyaya qarşı hücumlarda istifadə edilməsinə qarşı çıxır və onların yalnız özünümüdafiə məqsədilə istifadə oluna biləcəyini bildirir.

Metbuat.az xəbər verir ki, Belçikanın Ukraynaya göndərdiyi “FN Scar” tipli avtomatik silahların Rusiya ordusuna qarşı hücumlarda istifadə edildiyini göstərən video Belçikada müzakirə mövzusu olub. Belçikanın Baş naziri Alexander De Croo mövzu ilə bağlı sualları cavablandırarkən bildirib ki, Rusiya torpaqlarında Belçika istehsalı olan silahların istifadə edilib-edilmədiyini müəyyən etmək üçün kəşfiyyatçılara müraciət edilib.

“Hələ bu məlumatı təsdiqləmək iqtidarında deyiləm. Bizim həm Belçika istehsalı olan, həm də digər Avropa ölkələrinin silahları ilə bağlı çox sərt qaydalarımız var. Belçikanın Ukraynaya verdiyi silahlardan yalnız Ukrayna torpaqlarının müdafiəsi üçün istifadə oluna biləcəyi şərti var” – Alexander De Croo bildirib.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Belçikadan #Ukraynaya #verilən #silahlarla #bağlı #etiraz

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin