fbpx

“Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatı media nümayəndələrini təltif etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı və “İydə Parfumery” – nin tərəfdaşlığı ilə 22 iyul Milli Mətbuat günü münasibətiilə “Media Nümayəndələrinin Təltifetmə mərasimi” həyata keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə rəsmi şəxslər, millət vəkilləri Elman Nəsirov, Jalə Əliyeva, Razi Nurullayev, Vüqar İsgəndərov, Müşfiq Məmmədli, “Dayaq” Təşkilatının sədr müavini Məcid Məmmədov, İcraçı direktor Zamin Zeynal, diaspora və media nümayəndələri, QHT təmsilçiləri işdirak edərək çıxış ediblər.

Təltifetmə mərasimində çıxış edənlər jurnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixi və bu gününə nəzər salaraq qeyd ediblər ki, müasir dövrümüzdə Peşəkar jurnalistikanın daha da inkişafı fonunda vətəndaşlarımızı vaxtında informasiya ilə təmin edilməsi istiqamətində media qurumlarının fəailiyyət imkanları hər gün genişlənərək, ölkəmizdə xəbər təlabatını uğurla həyata keçirirlər. Natiqlər çıxışlarında onu da vurğulayıblar ki, hazırki dövrümüzdə aparıcı əhəmiyyət kəsb edən onlayn medianın sürətlə inkişafı, 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə milli vətənpərvər ruhda jurnalistərimizin fədakar fəaliyyəti diqqətəlayiqdir. Gələcəkdə də bu sayaq tədbir və təşəbbüslərin olması Azərbaycan mediasına ictimai dəstəkdir.

Rüya tabirlerini burdan oku

Mükafatlandırma mərasimdə “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan mediası beynəlxalq müstəvidə milli, vətənpərvər əzimdə fəaliyyət göstərən diaspora fəalları ilə görüşərək onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırması yönümündə gördükləri işləri daima işlqlandıraraq həmrəylik nümayiş etdirirlər. Elsəvər Məmmədov onu da qeyd edib ki, mətbuat cəmiyyətin güzgüsüdür, mətbuatın inkişafına ictimai dəstək və qarşılıqlı əməkdaşlıq münasibətləri dövlət Başçısı cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasətinə vətəndaş cəmiyyəti dəstəyidir.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mərasimdə çıxış edərək bildirib ki, 44 günlük haqq savaşı dönəmində Azərbaycan Jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda informasiya savaşında göstərdikləri vətənpərvər fəaliyyət, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində etdikləri informasiya həsaslığı, müharibə prosesinə ehtiyatla yanaşma, xalqımızın milli maraqlarına xidmət göstərmələri jurnalistlərimizə qarşı hər birimizin vəzifəsindən, peşədindən asılı olmayaraq dərin hörmət və diqqətini artırmışdır.

Jurnalistlərin mükafatlandırılması ilə bağlı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov mətbuata açıqlamasında bildirib ki, Milli Mətbuat günü münasibətilə “Dayaq” Təşkilatı ilə birgə belə bir tədbiri təşkil etməkdə məqsəd jurnalistlərin peşə bayramında onların əməyinə yüksək qiymət verməklə yanaşı, birlik, həmrəylik nümayiş etdirməkdir. Elsevər Məmmədov onu da xüsusi olaraq vurğulayıb ki, dövlət Başçısı cənab İlham Əliyev tərəfindən jurnalistlərə göstərilən diqqət və qayğı vətəndaş cəmiyyəti tərəfindən dəstəklənərək ictimai-siyasi mədəni dəstək nümayiş etdirilməkdədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu