fbpx

​Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkilatçılığı ilə Şəhid ailələri və Qazilər üçün növbəti iftar süfrəsi təşkil edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Benilüks” Azərbaycanlıları Konqresininin və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının birgə təşkilatçılığı “Yüksəliş Gənclər Hərəkatı” nın tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri üçün iftar süfrəsi təşkil edilib.

Metbuat.az xəbər verir ki, iftar süfərində Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkilləri Jalə Əliyeva, Razi Nurullayev, Müşfiq Məmmədli, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, iş adamları, diaspora və media nümayəndələri iştirak ediblər.



“Benilüks” Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov çıxış nitqində Dünya Azərbaycanlılarının V Qurultayı haqqında danışıb. O, Qurultayın keçirilməsi üçün məhz Şuşanın seçilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərdiyini, eyni zamanda Azərbaycan diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz bu şəhərdə müəyyənləşdirməsi xüsusi məna kəsb etdiyini xüsusi vurğulayıb. Elsevər Məmmədov Dünya Azərbaycanlılarının V Zəfər qurultayı ilə bağlı ölkə başçına və Diasporla iş üzrə Dövlət Komitəsinə öz dərin təşəkkürünü bildirib.

Elsevər Məmmədov qeyd edib ki, “Benilüks” Azərbaycanlıları Konqresi “Dayaq” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində müharibə və post müharibə dövründə Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri istiqamətində vətənimizdə müxtəlif formatlı layihələrdə iştirak etmiş və Diaspora dəstəyini göstərmişdir.

Rüya tabirlerini burdan oku



Bundan əlavə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək Təşkilatının sədri Qalib Əliyev müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçıları təbrik edib. O, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu