Berlin Yeni ilə iğtişaşlarla başladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Berlində Yeni il iğtişaşlarla başlayıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Məlumata görə, fövqəladə hallar xidmətlərinə 38 hücum edilib, bu zaman 15 əməkdaş yaralanıb. 22 nəfər fişəng və raket atəşi nəticəsində yaralanıb. Onlardan biri xəstəxanadadır.
Yanan avtomobili söndürərkən polis və yanğınsöndürənlər də hücumlara məruz qalıb.
Kreuzberg ərazisində zibil qutularından barrikadalar qurulub, sonradan onlar yandırılıb. Şöneberqdə küçə barrikadasında gənclər asayiş keşikçilərinə hücum edərək onlara daş və dəmir barmaqlıqlarla hücum ediblər.
Neuköllndə avtobus estakadanın altında yandırılıb. Avtomobil tamamilə yanıb – yanğınsöndürənlər yalnız polisin mühafizəsi altında alovu söndürə biliblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Berlin #Yeni #ilə #iğtişaşlarla #başladı