fbpx

Beş ayda 21.5 mlrd. manatlıq məhsul satılıb



2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

BEY.AZ Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 5,2% artıb.

Qeyd edilib ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 13,1%-I toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8%-i avtomobil benzini və dizel yanacağının, 4,5%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6%-i isə digərqeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,3%, fərdi sahibkarlar üzrə 0,2%, bazar və yarmarkalarda 1,2% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları alıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin