fbpx

Beş ayda 525 mindən çox smartfon idxal edilib



2024-cü ilin yanvar-may aylarında Azərbaycana 148 milyon 228 min dollar dəyərində 525 min 966 ədəd smartfon idxal edilib.

BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 21.3% və ya 92 min 283 ədəd, dəyər baxımından isə 26.3% və ya 30 milyon 822 min dollar çoxdur. Belə ki, 2023-cü ilin ilk 5 ayı ərzində ölkəyə 117 milyon 406 min dollar dəyərində 433 min 683 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 479 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 460 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (400 896 ədəd), Vyetnamdan (91 482 ədəd), Hindistandan (31 323 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 2061 ədəd ) gətirilib. Bu məhsul Çindən 455 manata, Vyetnamdan 577 manata, Hindistandan 396 manata, Amerika Birləşmiş Ştatlarından isə 1990 manata idxal edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 132 min ABŞ dolları dəyərində 804 ədəd smartfon ixrac edilib. Çexiya (232 ədəd) və Honqonqa ixrac edilən bu məhsulun orta qiyməti 279 manat təşkil edib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin