fbpx

Beş rayonda ağacları qanunsuz kəsiblər

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı şəhərinin Nizami, Nərimanov, Sabunçu rayonlarında, eyni zamanda Xaçmaz, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə Metbuat.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı Nizami rayonu ərazisində “Xəzər İnşaat XXI Əsr” MTK-ya, Nərimanov rayonu ərazisində “Sizin Yurd” MMC-yə, Sabunçu rayonunda vətəndaş Sevinc Aslanovaya, Xaçmaz rayonunda vətəndaş Çigali Yüzbəyliyə, Ağdam rayonunda isə vətəndaş Bəxtiyar Hüseynova məxsus ərazilərdə ağacların kəsildiyi və təbiətə ümumilikdə 72420 manat məbləğində ziyan dəydiyi məlum olub: “Faktlarla bağlı akt tərtib edilib və yaşıllıqlara dəymiş ziyanın məbləği hər bir fakt üzrə cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin