fbpx

“Beşiktaş” – “Makkabi” matçı Bakıda keçiriləcək?



AFFA UEFA Avropa Liqasında Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında matçın Bakıda təşkil olunma ehtimalına münasibət bildirib.

BEY.AZ xəbər verir ki, Milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bu barədə Report-a qısa açıqlama verib.

O, AFFA-ya bununla bağlı hər hansı müraciət daxil olmadığını bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun “Beşiktaş” – “Makkabi” görüşü noyabrın 28-nə planlaşdırılıb. Türkiyə tərəfi təhlükəsizlik səbəbindən matçın İstanbulda keçirilməyəcəyini açıqlamışdı.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin