“Beşiktaş”ın maraqlandığı Di Mariya qərarını verdi
Portuqaliyanın “Benfika” klubu argentinalı ulduz Anxel Di Mariya ilə müqavilənin müddətini uzadıb.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, bu mövsüm müqaviləsi sona çatan futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm 48 matça çıxan Di Mariya 17 qol vurub, 15 asisst edib. Onun adı İstanbulun “Beşiktaş” klubu ilə hallanırdı.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |