fbpx

Beyin hüceyrələrini qorumaq istəyirsinizsə, bunları yeyin

BEY.AZ informasiya agentliyi xəbər verir


Yaşlı insanlarda beyin hüceyrələrinin məhv olunması və zədələnməsi nəticəsində demensiya kimi ağır pozulma inkişaf edə bilər.

Demensiyadan əziyyət çəkən insanlarda koqnitiv funksiyalar sürətlə zəifləyir, psixiki sağlamlıq pozulur, ağıl zəifliyi inkişaf edir. Ağır demensiya zamanı insan özünə qulluq edə bilmir, yaxınlarını tanımır, heç bir emosiyanı ifadə etmir.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, Journal of Alzheimer’s Disease jurnalında demensiyanın inkişafı riskini azaldan qida və içkilərin adları sadalanıb.

Mütəxəssislər araşdırma zamanı aşkar ediblər ki, qidalanmada balıq, meyvə-tərəvəz, tamdənli bitkilər, çərəzlərin müntəzəm olaraq yer alması demensiya riskini xeyli azaldır.

Həmçinin qəhvə və çayın gün ərzində istehlakı koqnitiv funksiyalara çox müsbət təsir edir, beyin hüceyrələrini qoruyur.

Bundan əlavə ekspertlər qeyd edirlər ki, fiziki aktivlik beyin hüceyrələri arasında əlaqələri gücləndirir və beyinin sağlamlığına müsbət təsir edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin