fbpx

​Beyləqanda 2 Covid-19 xəstəsi ictimai yerlərdə aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayon sakinləri A.Əliyev və M.Əhmədovun COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər və virusun yayılmasına şərait yaradıblar.

Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar və müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin