fbpx

Beyləqanda meşə sahəsində YANĞIN

BEY.AZ informasiya agentliyi xəbər verir


Beyləqan rayonu, Eyvazalılar kəndi yaxınlığındakı qamışlıq sahədə baş verən və sonradan meşə sahəsinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən söndürülüb.

Metbuat.az xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanğına səbəb meşə sahəsi yaxınlığındakı ərazidə suvarma-drenaj kanallarının daxilindəki qamışlıqların kənd sakinləri tərəfindən yandırılması olub:

“Yanğın nəticəsində 2 hektar qamışlıq sahə yanıb, meşə fonduna ziyan dəyməyib. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”.

C.Qəribov yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Beyləqanda #meşə #sahəsində #YANĞIN

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin