fbpx

Beynəlxalq Media Forumun iştirakçıları İçərişəhərlə tanış olublar

BEY.AZ informasiya agentliyi xəbər verir


Medianın İnkişafı Agentliyi tərəfindən iyulun 22-də Şuşa şəhərində təşkil olunacaq “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunda iştirak məqsədilə Azərbaycana gəlmiş xarici qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Metbuat.az xəbər verir ki, qonaqlara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələrinin qorunub saxlanıldığı bildirilib.

Eyni zamanda qonaqlar İçərişəhərdə yerləşən “Ədibin evi”nə ekskursiya ediblər. “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qonaqlara Fondun fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin