fbpx

Beynəlxalq Media Forumun xarici ölkələrdən gələn iştirakçıları AZƏRTAC-da olublar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Medianın İnkişafı Agentliyinin Milli Mətbuat Günü münasibətilə Şuşada təşkil etdiyi “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumun xarici ölkələrdən gələn iştirakçıları ilə iyulun 23-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) görüş keçirilib.

Metbuat.az xəbər verir ki, qonaqlar əvvəlcə AZƏRTAC-ın yeni binası ilə tanış olublar. Onlara bina haqqında məlumat verilib. Xarici qonaqlar ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərlə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeylə tanış olublar. Xarici media qurumlarının təmsilçiləri AZƏRTAC-ın xəbər zallarında, multimedia redaksiyasında və digər şöbələrdə iş şəraiti ilə maraqlanıb, kollektivin üzvləri ilə söhbət ediblər. Bildirilib ki, ən müasir texnoloji avadanlıqların quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları var.

Sonra qonaqlarla görüş olub. Qonaqları AZƏRTAC-da salamlamaqdan məmnunluq duyduğunu bildirən Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov Beynəlxalq Media Forumun Şuşada keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Forumda medianın inkişafı, informasiya sahəsində yeni trendlər, təcrübə mübadiləsi barədə səmərəli müzakirələrin aparıldığını deyən Aslan Aslanov xarici qonaqların böyük əksəriyyətinin AZƏRTAC-ın dəvəti ilə tədbirə qatıldığını qeyd edib. İdarə Heyətinin sədri Azərbaycanın dilbər guşələrindən olan Qarabağın və Şərqi Zəngəzurun otuz ilə yaxın Ermənistanın işğalı altında qaldığını, həmin ərazilərdəki şəhərlərin, kəndlərin, tarixi-mədəni irsin tamamilə dağıldığını, bu vandalizmi qonaqların Füzulidə və mədəniyyət paytaxtımız Şuşada öz gözləri ilə gördüklərini bildirib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilən ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin fasiləsiz həyata keçirildiyini, Böyük Qayıdışa artıq başlanıldığını qeyd etdi.

Rüya tabirlerini burdan oku

İdarə Heyətinin sədri qonaqlara AZƏRTAC-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, dünya informasiya məkanında yeri və mövqeyi barədə məlumat verdi. Qeyd etdi ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən AZƏRTAC hazırda 11 beynəlxalq və regional media qurumunun üzvüdür. Hazırda Azərbaycan AZƏRTAC-ın timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) vitse-prezident, İslam Ölkələri Xəbər Agentlikləri Təşkilatında (UNA) büro üzvüdür. 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi və OANA-nın XVI Baş Assambleyası keçirilib və Agentliyimiz üç il ərzində bu qurumlara sədrlik edib. Bu görüşdə iştirak edən qonaqların böyük əksəriyyətinin təmsil etdiyi agentliklərlə AZƏRTAC-ın sıx əməkdaşlıq əlaqələri var. Bu əlaqələr bizə fəaliyyətimizdə qarşılıqlı təcrübəmizdən faydalanmaq imkanı yaradır.

Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədri professor Matz Muhi Əbdülhəmid Obada işğaldan azad edilmiş ərazilərə səfər zamanı böyük quruculuq işlərinin şahidi olduğunu söyləyib. Bildirib ki, bu bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərir.

Özbəkistanın UzA Agentliyinin beynəlxalq informasiya redaksiyasının baş redaktor müavini Abror Qulamov qardaş ölkələrimizin eyni tarixə, mədəniyyətə malik olduğunu deyib. O qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Özbəkistan arasında sıx münasibətlər qurulub. Hazırda ölkələrimizin prezidentləri dövlətlərimiz arasındakı bu dostluq əlaqələrini uğurla davam etdirirlər. Bu işdə milli informasiya agentliklərimizin böyük əməyi var.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin departament rəhbəri Abbas Gökhan Ölməz ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Türkiyə vətəndaşları üçün ikinci vətəndir. O, həmçinin Beynəlxalq Media Forumunun Azərbaycanın Qarabağ müharibəsindəki Zəfərinin dünyaya çatdırılması baxımından önəmini xüsusi vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) xarici əlaqələr və strateji inkişaf üzrə direktoru Yunus Labbu diqqətə çatdırıb ki, UNA Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və bu dəstəyi gələcəkdə də davam etdirəcək. O, təşkilatın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində AZƏRTAC ilə əlaqələrin əhəmiyyətini vurğulayıb.

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, bu gün AZƏRTAC beynəlxalq media məkanında etibarlı informasiya mənbəyi kimi tanınır. O, AZƏRTAC-ın nüfuzlu beynəlxalq media qurumlarına uğurla sədrlik etdiyini və həmin təşkilatların fəaliyyətinə yeni çalarlar gətirdiyini diqqətə çatdırıb. Azərbaycanda azad medianın fəaliyyəti və inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayan M.Qusman deyib: “Mən hər zaman Azərbaycanda azad medianın olduğunu xüsusi vurğulamışam. Şuşada keçirilən Beynəlxalq Media Forum bir daha təsdiq etdi ki, Azərbaycanda azad media mövcuddur”.

Müzakirə formatında davam edən görüşdə qonaqlar Beynəlxalq Media Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Sonra xarici qonaqların sualları cavablandırılıb.

Görüşdən sonra qonaqlar AZƏRTAC-ın yeməkxanasında nahar ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu