Beynəlxalq reytinq agentliyi manatla bağlı PROQNOZUNU AÇIQLADI
BEY MEDIA İnformasiya agenti xəbər verir
Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.
Metbuat.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu “S&P Global Ratings” (“S&P”) beynəlxalq reytinq agentliyinin analitikləri deyir.
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
“Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək”, – S&P-nin analitikləri bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.