Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan üzgüçülərinin adları açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Aprelin 29-da Çexiyanın Ostrava şəhərində start götürəcək beynəlxalq turnirə qatılan üzgüçülük üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda komandanı yeni tərtib olunmuş cədvələ uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.
Yığmanın baş məşqçisi Rəşad Əbdurrəhmanov yarışın dünya çempionatına lisenziya qazanma baxımından çox önəmli olduğunu bildirib: “Ümid edirik ki, üzgüçülər öz göstəricilərini daha da yaxşılaşdıraraq finala vəsiqə qazananlar sırasında olacaq. Bu turnirdə çox güclü idmançılar iştirak edəcək. Çalışırıq ki, təmsilçilərimiz ən yaxşı nəticə göstərənlər sırasında yer alsın”.
Qeyd edək ki, turnir bu il Macarıstanda və 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatına lisenziya xarakterlidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.