fbpx

Bıçaqlanan şagirdin son durumu AÇIQLANDI


Gəncədə bıçaqlanan şagirdin durumu orta ağırdır.

Bu barədə BEY.AZ-a TƏBİB-dən bildirilib. Məlumata görə, şagirdin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir:

“2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) 02.05.2024-cü il tarixində saat 16:33 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu ilə yerləşdirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, mayın 2-də Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin şagirdləri arasında insident yaşanıb. İnsident zamanı 2008-ci il təvəllüdlü R. İbrahimov bıçaqlanıb. Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev saxlanılıb.

Seyranə Quliyeva / BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu