fbpx

​BIG BROOCH-un yaradıcısı Olesya Juravleva beynəlxalq layihədə laureat oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünya şöhrətli markalarla yarışacaq BIG BROOCH brendinin müəllifi istedadlı dizayner, Olesya Juravleva beynəlxalq layihədə adından söz etdirənlərdən oldu. “Bədii geyim dizaynı” üzrə təhsil alan Juravleva, universiteti bitirdikdən sonra məşhur rusiyalı modelyer Valentin Yudaşkinin moda evində təcrübə keçir.

2007-ci ildə isə BIG BROOCH adı altında öz brendini yaradır və özəl sifarişləri qəbul edir. BIG BROOCH eksklüziv müəllif broş brendidir. Brend hər il yeni kolleksiyalar hazırlayır, həmçinin brendlər və şəxsi müştərilər üçün eksklüziv broşlar dizayn edir. Texnologiyanın unikallığı, müəllif üslubu, geniş rəng palitrası və eksklüzivlik BIG BROOCH seçminin əsas səbəbidir. Alina Astrovskaya, Polina Podpletennaya, Timur Rodriguez, Alexander Rogov, Mitya Fomin, Yulia Zivert, Zara, Marianna Eliseeva, Eva Polna kimi məşhur simalar BIG BROOCH istifadəçiləridir.

Qlobal bazarda uğurlu addımlarla irəliləyən brend son olaraq, Qazaxıstana dünya brendlərinin qalereyasına öz məhsullarını göndərib. Növbəti dayanacağı Dubay olanbrend mütamadi olaraq Amerika və Avropa ölkələri ilə iş birliyində olur.

Rüya tabirlerini burdan oku

Olesya Juravleva bu günə qədər rus və xarici modelyerlər tərəfindən yüksək qiymətləndirilən minlərlə əl işinin müəllifidir. O, 3 il Ancelina Coli ilə reklam filmi üçün dünya şöhrətli lüks istehsalçısı olan Fransız şirkəti LVHM üçün broşlar hazırlayıb.

Hazırda Rusiyanın 10 şəhərində təmsil olunan BIG BROOCH brendinin müəllifi Olesya Juravleva, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Fashion Designer of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BIG #BROOCHun #yaradıcısı #Olesya #Juravleva #beynəlxalq #layihədə #laureat #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu