Biləsuvarda “Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər” layihəsi ilə bağlı tədbir keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə “Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının Biləsuvar Rayon Təşkilatının inzbati binasında yekun tədbir keçirilib.
BEY.AZ xəbər verir ki, tədbirdə “Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyinin sədri, “Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər” Layihəsinin rəhbəri Zamin Zeynal, Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçisi Taleh Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri, “Ədəbiyyat qəzeti” nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğlu, Tarixçi-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas alim Bilal Alarlı, “Biləsuvarinfo. az” sayıtının rəhbəri Surxay Şahbazov, ARB TV-nin cənib bölgəsi üzrə bölgə müxbiri Samir Qurbanov, müəllim və şagirdlər, ziyalılar fəal iştirak edərək çıxış ediblər.
MİRİİB sədri, “Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər” Layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında tədbirin əsas mahiyyətinə diqqət çəkərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. 70-ci illərin sonlarında Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının, əsl rəhbər diqqətinin, övlad məhəbbətinin nəticəsi idi. Bu yolda qazanılan uğurlar həm dövlət səviyyəsində qiymətləndirilir həm də müasir dövrdə vətəndaş cəmiyyəti tərəfindən təqdir edilərək yeni-yeni araşdirmalara yol açır. Bu gün əminliklə deyə bilərik ki Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət dilçilik siyasəti bu gün onun layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Layihə rəhbəri onu da xüsusi olaraq qeyd edib ki, Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin belə bir ictimai,mədəni əhəmiyyətli layihəni qalib etməsi və dəstək göstərməsinin nəticəsidir ki, böyüməkdə olan nəsilə Ana dilimizin saflığının qorunması və təbliği yönümündə maarifləndirici layihənin icrası Biləsuvar rayonunda uğurla yekunlaşıb. Keçirdiyimiz görüşlərdə layihənin bu cür maraqla qarşılanması bir daha onun göstərir ki, dövlətin dilçilik strategiyasına faydalı ictimai dəstək təşəbbüslərinin gələcəkdə də davam etdirlməsi olduqca vacibdir.
Çıxışlarda o da diqqətə çatıdırılıb ki, Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərib.
Orta və ali məktəblərdə çalışan müəllimlər pedaqoji fəaliyyətlərində Ana dilimizin mükəmməlliyini, dünya dilləri sırasında tutduğu layiqli yeri və rolunu şagirdlərə geniş şəkildə təbliğ etməlidirlər ki, şagird və tələbələrimiz Ana dilimizi, daha da dərindən öyrənib qürur duysunlar.
Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” – deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.
Qeyd edək ki, tədbirdə “Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanmış sosial çarx göstərilib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |