fbpx

​Biləsuvar və Lənkəranda məişət zorakılığı ilə bağlı layihəyə yekun vuruldu

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Sentyabrın 29-da Vətəndaşların İnkişafı üçün Tərəfdaşlıq Alyansı İctimai Birliyi (VİTAİB) tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınların ədalət mühakiməsinə çıxışına dəstək” layihəsinə yekun vurulub.

Metbuat.az xəbər verir ki, layihə çərçivəsində Biləsuvar və Lənkəranda ictimai görüşlər və 2 günlük praktiki təlimlər keçirilib. Ümumi ictimai görüşdə 18 yaşdan yuxarı qadınlar və qadın hüquqlarının müdafiəsində maraqlı şəxslər, əsasən təhsil və tibb sahəsində çalışan 60-dan çox şəxs iştirak edib. İştirakçılara “məişət zorakılığı” anlayışı və onunla bağlı milli qanunvericilikdəki hüquqi müddəalar, hüquqi müdafiə vasitələri, lazımi hallarda uyğun dövlət qurumlarıyla əlaqə yaratmaq üçün əlaqə vasitələri göstərilən bilgiləndirici və maarifləndirici vərəqələr paylanıb.

Təlimçi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil, qadın hüquqları müdafiəçisi Rövşanə Rəhimli 4 gün ərzində qadın hüquqları, məişət zorakılığı və hüquqi müdafiə vasitələri barədə iştirakçılara praktik təlim keçib. İştirakçılar müxtəlif məişət zorakılığı halları üzrə hansı hüquqi mexanizmlərdən istifadə oluna biləcəyini öyrəniblər. Təlim iştirakçılarından 30 nəfər məzun olub və gələcəkdə VİTAİB-in bölgələrdə keçirəcəyi başqa layihələrdə iştirak etmək hüququ qazanıb.

VİTAİB-in sədri Asif Oruclu bildirib ki, belə layihələrin əsas məqsədi Azərbaycanda aztəminatlı icmalarda yaşayan məişət zorakılığı qurbanı olmuş və potensial qurban ola biləcək qadınların hüquqi bilik və bacarıqlarını artırmaq və onların hüquqlarının müdafiəsini təşviq etməklə ədalət mühakiməsinə çıxışına dəstək göstərməkdir.

Qeyd edək ki, VİTA İctimai Birliyi (VİTAİB) sosial, iqtisadi və mədəni sahələrdə dayanıqlı inkişafa dəstək göstərir.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Biləsuvar #və #Lənkəranda #məişət #zorakılığı #ilə #bağlı #layihəyə #yekun #vuruldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu