Biləsuvarda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2121” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin nəqliyyat vasitəsini idarə edən Lerik rayon sakini R.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən R.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.






Google News Abone ol

Exit mobile version