Biləsuvardakı partlayışın səbəbi məlum oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.
İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.
Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
21:12
Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, həmin şəxslər G.Əliyeva və onun oğlu Y.Əliyevdir.
Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
20:30
FHN Biləsuvarda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, FHN-in “112” qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.
Dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.
Əraziyə baxış zamanı mənzilin dam örtüyünün çökdüyü müəyyən edilib.
Hazırda nazirliyin qüvvələri tərəfindən əməliyyat davam etdirilir.
***
Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Biləsuvardakı #partlayışın #səbəbi #məlum #oldu