fbpx

Binalarla bağlı bu qayda təsdiq edildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib.

Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla on səkkiz ay müddətində binalarda enerji effektivliyini təmin etmək məqsədilə qüvvədə olan tikinti norma və qaydalarının təkmilləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla bu Qərara əsasən təkmilləşdirilmiş tikinti norma və qaydaları əsasında “Binalarda enerji sərfinin hesablanması metodologiyası”nı altı ay müddətində hazırlayıb təsdiq etməlidir.
Qaydaya əsasən, binalarda enerji sərfinin hesablanması metodologiyası
binaların enerji sərfiyyatına təsir edən və bu Normalarda qeyd olunan parametrləri nəzərdə tutur. Hesablama ilkin enerji resursları əsasında aparılır. Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olunmaqla, digər mənbələrdən istixana qazlarının ətraf mühitə olan emissiyalarının hesablanması metodologiyada öz əksini tapır.

Rüya tabirlerini burdan oku

Binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

-. yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;
-. tibb müəssisələri;
-. təhsil müəssisələri;
-. istehsalat binaları və anbarlar;
-. inzibati təyinatlı binalar (ofislər);
-. digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında bu Qaydada qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır:
-. binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;
-. binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;
-. binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;
-. mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;
-. daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;
-. təbii və mexaniki havalandırma sistemləri;
-. işıqlandırma (təbii və ya süni) sistemləri;
-. binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;
-. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Binalarla #bağlı #qayda #təsdiq #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu