Binanın yanar üzlüyü söküldü
BEY.AZ informasiya agentliyi xəbər verir
Şirvan şəhəri, T.İsmayılov küçəsi 25 ünvanında yerləşən 5 bloklu, beşmərtəbəli yaşayış binasının fasad hissəsinin yanar materialdan olan lambirindən istifadə olunaraq üzlənməsi faktı aşkar edilib.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yaşayış binasının sakinlərinin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanar materialdan olan lambirin üzlüklərin sökülməsi üçün Şirvan Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb.
“Qanunvericiliyin tələblərinə uyğun olaraq Xidmət tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində sözügedən yaşayış binasının fasadındakı yanar materialdan olan lambirin üzlüyün sökülməsi təmin olunub”, – rəsmi məlumatda qeyd edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Binanın #yanar #üzlüyü #söküldü