fbpx

Bir ailənin 3 üzvü qazdan zəhərləndi

Rüya Yorumları burda


Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

BEY.AZ xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.

2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

***

Rüya tabirlerini burdan oku

11.57

Coratda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər Corat qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onlara qonaq gələn qızı və nəvəsi dəm qazından zəhərlənib. 69 yaşlı qadın boğularaq ölüb. Onun qızı və nəvəsi isə xəstəxanaya çatdırılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu