fbpx

Bir ailənin sonu olan hadisənin təfərrüatı bilindi



Qaxda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin detalları məlum olub.

Belə ki, iyunun 29-da Şəkidən Balakənə qohumlarının yanına xəstə ziyarətinə gedən ailənin olduğu avtomobil dəhşətli qəzaya uğrayıb.

Mərhum Həbib Qurbanovun dostu Nicat Musayevin sözlərinə görə, mərhum həyat yoldaşı ilə sinif yoldaşı olub:

“Həbib Türkiyəyə oxumağa getmişdi, ardınca hərbi xidmətə yollandı. Yoldaşı mərhum Aygün Qurbanova uzun illər onu gözləyib. Qismət elə gətirdi ki, birlikdə böyüdülər və birlikdə vəfat etdilər”.

Qeyd edək ki, rayon ərazisində “Ford” və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində Şəki rayon Cəfərabad kənd sakinləri, VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanova həlak olublar.

Qəza zamanı onların iki azyaşlı övladı xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ətraflı Baku TV-nin süjetində:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin