“Bir çox ərlilər ərsizlərdən betərdilər”
BEY.AZ informasiya agentliyi xəbər verir
Müğənni Səmra Rəhimli Xoşqədəm Hidayətqızının verilişində qayınanasının qətli ilə bağlı faktları açıqlayan Əfsanədən yazıb.
Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o, bu barədə instaqramda paylaşım edib. Səmra sözügedən hadisəni törədənləri qınayıb:
“Sosial şəbəkələrdə insanlara qeyrət dərsi keçənlərin çoxunun ailəsi bu vəziyyətdədir. Gəlininin ərinin əmisi oğlu ilə sevgili olduğunu öyrənən qayınananı öldürüblər. Bir-birinin arvadına göz dikməyi türk seriallarına baxıb öyrəniblər? Əsl biqeyrətlik budur. Ərin, uşağın varsa, mələksən demək deyil. İndi bir çox ərlilər ərsizlərdən betərdilər”.
Qeyd edək ki, Əfsanə qayınanasını əvvəlcə özünün öldürdüyünü söyləyib. Araşdırmalar nəticəsində məlum olub ki, qadını Əfsanənin sevgi münasibətinin olduğu əri Elşadın əmisi oğlu Seymur qətlə yetirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.