Bir neçə gün əvvəl həyat yoldaşı…
Xəbər verdiyimiz kimi, Respublikanın keçmiş baş pediatrı Nəsib Quliyev bu gün Abşeron rayonunda yaşadığı evdə özünü güllələyərək öldürüb. Onun intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
BEY.AZ xəbər verir ki, Nəsib Quliyev baş pediatr vəzifəsindən ayrıldıqdan sonra Azərbaycan Tibb Universitetində çalışırdı. ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov Unikal.az-a açıqlamasında bildirib ki, Nəsib Quliyevin intihar xəbərinə çox üzülüb:
“Hadisəni eşidəndən sonra özümə gələ bilməmişəm. Nəsib Quliyev dünən universitetdə idi. Hər şey qaydasında idi. Özünü yaxşı hiss edirdi.
Bir neçə gün əvvəl Nəsib müəllimin həyat yoldaşı əməliyyat olunub. Dünən onunla bağlı məndən icazə almışdı. Bu gün işə gəlməyib.
Sonuncu dəfə keçən həftə danışığımız olub. Nəsib müəllimi Elmi Şuranın sədri təyin etmişdik. Buna görə bizə və rektora minnətdarlığını bildirdi. Ona elmi işlərlə məşğul olmasına imkan yaradıldığı üçün təşəkkür etdi. Ümumiyyətlə, Nəsib müəllimdə hər hansı narahatlıq və ya mənfi bir hal hiss etməmişəm.
Təxminən 1 ay əvvəl keçirdiyimiz iclasda çıxış etmişdi”, – deyə kafedra müdiri qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.