“Bir sıra beynəlxalq təşkilatlar monipulyativ hərəkətlərlə məşğuldur”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Bir sıra beynəlxalq təşkilatlar monipulyativ hərəkətlərlə məşğuldur”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, həmin təşkilatlar reytinq hazırlayan təşkilatlardır: “Guya ki, insan haqları, söz, ifadə azadlığı ilə bağlı hesabatlar düzəldirlər. Lakin bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar, bəzi ölkələri isə haqlı olmadığı halda yüksəldib ən demokratik ölkə kimi təqdim edirlər. Bu sırada beynəlxalq QHT-lər var. Onların fəaliyyəti müəyyən mənada anlaşılandır. Çünki müəyyən məsələlərə subyektiv yanaşa bilərlər. Amma təəssüf ki, biz belə qeyri-məqbul, ikili standartlarla yanaşmanı dövlətlərarası təşkilatların fəaliyyətində də müşahidə edirik”.
M.Ələsgərli bildirib ki, bəzi dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, özlərinin fərdi sosial şəbəkə hesablarında Azərbaycan dövləti, Azərbaycanın rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər: “Düzdür, bunlar həmin təşkilatların mövqeyi və bəyanatı səviyyəsində deyil. Amma istənilən halda qurumun əməkdaşları olduqları üçün beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradırlar. Bu səbəbdən bizim QHT-lər təşəbbüs göstəriblər ki, həmin təşkilatlara adbaad müraciətlər göndərək. Bu gün BMT rəhbərliyinə müraciətimiz olacaq. Daha sonra isə digər təşkilatlara əməkdaşlarının neqativ davranışları ilə bağlı müraciət edəcəyik ki, bu cür ikili standartlara uyğun və yaramaz açıqlamalara aydınlıq gətirsinlər”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.