fbpx

Bir sıra binaların tikintisi dayandırılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir sıra binaların tikintisi dayandırılıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması ilə inşası aparılan tikintilərə rast gəlinir. Belə ki, bir sıra hallarda layihə sənədlərinin aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və digər ciddi qayda pozuntuları aşkar edilir.

Dövlət Xidməti bütün bunları nəzərə alaraq yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini, o cümlədən inşaat işlərinin dayandırılması tədbirlərini həyata keçirilir.

FHN bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək inşaat işlərinin bütün mərhələlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və xatırladır ki, qayda pozuntuları aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun daha sərt tədbirlərin görülməsi təmin ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin