Bitkoinin qiyməti rekord vurdu
Bitkoinin qiyməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyutalara mülayim tənzimləmələr tətbiq edəcəyinə dair mesajından sonra ilk dəfə olaraq 100000 dolları ötüb.
BEY.AZ xəbər verir ki, Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri təxminən 2,8 faiz artaraq 3 trilyon 600 milyard dolları keçib. Ən böyük kriptovalyuta olan bitkoinin qiyməti 6 faizdən çox artaraq ilk dəfə 100 min dolları keçib. Bu həmdə bitkoin üçün rekorddur.
Qeyd edək ki, Donald Tramp seçki kampaniyası zamanı rəqəmsal aktivlərə mülayim tənzimləmələr tətbqi edəcəyini açıqlamışdı. Analitiklər hesab edir ki, kriptovalyuta sənayesinə yanaşması ilə tənqidlərə səbəb olan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sədri Gary Genslerin istefa verəcəyini açıqlaması da kriptovalyuta bazarında bahalaşmaya səbəb olub.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |