fbpx

“Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılara, dinləyicilərə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmaq, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmaq imkanı yaradacaq”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

Məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışıldığını bildirən dövlətimizin başçısı deyib ki, tələbələrimizin ölkələrimizdəki aparıcı ali məktəblərdə təhsil almasına və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar köklərimizə, ənənələrimizə gələcəkdə bizim kimi bağlı olmalıdırlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu