fbpx

“Biz azərbaycanlılarla yaşamaq istəmirik” – Qarabağdan deportasiya edilən ermənilərdən ETİRAZ

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz azərbaycanlılarla yaşamaq istəmirik. Ermənistan hakimiyyətindən xahiş edirik ki, bizim fikrimizi soruşmadan qərar qəbul etməsinlər”

Metbuat.az xəbər verir ki, bu fikirlər bu gün Qarabağdan deportasiya edilən ermənilərin keçirildiyi aksiyada səslənib. Onlar ötən gün Ermənistan XİN nazirinin ” Artsaxda ərazi məsələsi yoxdur, Artsax məsələsi yalnız hüquqi məsələdir” açıqlamasını əsas gətirərək bu mövzunun ümumiyyətlə bağlanmasını tələb ediblər. Etirazçılar qeyd ediblər ki, əgər Rusiya sülhməramlıları Qarabağda olmasa humanitar fəlakətlə üz-üzə qala bilərlər.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycan Xarici İşlər Nazirliyinin təkliflərinə münasibət bildirən zaman deyib ki, onlar Azərbaycanla sülh sazişi üzrə danışıqlar ilkin şərt olmadan aparılmalıdır.

“Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən BMT Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına əsaslanan sülh sazişi üzrə danışıqları təşkil etməyi xahiş etmişik. Təklifdə qeyd olunan məqamlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. Ermənistan tərəfi üçün Qarabağ ermənilərinin hüquq və azadlıqlarının aydın şəkildə təmin edilməsi, Qarabağın statusunun, nəhayət dəqiqləşdirilməsi prinsipial əhəmiyyət kəsb edir. Bizim üçün “Dağlıq Qarabağ münaqişəsi” ərazi məsələsi deyil, hüquq məsələsidir. Biz hesab edirik ki, Bakı-Moskva-İrəvan üçtərəfli bəyanatlarında nəzərdə tutulan razılaşmalar tam şəkildə həyata keçirilməlidir və bu istiqamətdə ardıcıllığımızı davam etdiririk. Biz hətta bu sazişlərin həyata keçirilməsi ilə bağlı hərtərəfli təkliflər vermişik” deyə Ararat Mirzoyan fikrini yekunlaşdırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin