fbpx

“Bizim bütün matçlarımız pley-off səviyyəsində idi”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Komandamdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Çox əziyyət çəkdik. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu. İkinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

“Çox danışdım. Futbolçuların hamısı çox üzülmüşdü. Dəstək olmağa çalışdım. Bu, futbolun ən incə hissələrindən biridir. Oyunçular məyus olanda göz yaşlarını saxlaya bilmirlər. Onların yanındayam. Hamısı ilə dostam. Futbolçularımla fəxr edirəm. İrəliyə baxmaq lazımdır”.

Rüya tabirlerini burdan oku

“Avropa Liqasını Çempionlar Liqasından ayırmıram. Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Böyümək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu