fbpx

Bizim qələbəmizə göz yaşı axıdanlar indi Ermənistanla qardaşlıq edir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


General Məhəmməd Əhədi İranın Azərbaycanla sərhəddə hərbi texnika topladığı iddialarını əsassız adlandırıb.

Millət vəkili Sahib Alıyev Metbuat.az-a açıqlamasında Əhədinin fikirlərinə münasibət bildirib. O xatırladıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə göz yaşı axıdanlar indi Ermənistanla qardaşlıq edirlər:

“Azərbaycanın Müdafiə Nazirliyi ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair birgə komissiyanın Bakıda keçirilən toplantısında qarşı tərəfin təmsilçisi general-mayor Məhəmməd Əhədinin “son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla aramızda mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini” bildirməsi mənim yadıma onun ölkəsindəki İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının o zamankı sədri Müctaba Zünnurinin 2021-ci ilin qışında və yazında dediklərini saldı. Demək, bu Müctaba Zünnuri 2021-ci ilin fevralında bizim Milli Məclisdəki çıxışında Azərbaycanın 44 günlük savaş zamanı torpaqlarını işğaldan azad etməsinə görə az qala sevinc göz yaşları tökdüyündən dəm vururdu. Aradan 3 ay keçməmiş Tehrandakı çıxışından isə bəlli oldu ki, bizim işğalçı Ermənistan üzərində qələbəmiz qədər regionda onu rəncidə edən heç nə yoxdur”.

Rüya tabirlerini burdan oku

Millət vəkili deyir ki, Əhədinin bildirdiyi kimi bəzi qüvvələr aramızdaki əlaqələrə xələl gətirirlər:

“İndi maraqlıdır, iranlı general “əsassız və yalan məlumat” deyəndə nəyi nəzərdə tutur? Bakını tərk etməmiş Ermənistana dəstək məqsədilə Azərbaycanla sərhədə qoşun toplamalarını? Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təmin edə bilməməsi üçün haylara hər cür dəstək vermələri, o sıradan Qarabağa göndərilən yanacaq dolu karvanlar, 30-a yaxın təlimçi, Tehrandakı səfirliyimizə qarşı terror aktının təşkili bəlkə, yalan məlumatdır?

Bizi haqlı olaraq qəzəbləndirən faktlardan biri də torpaqlarımız 30 il işğal altında qalanda səsini çıxarmayanların indi ən yüksək səviyyədə, amma səviyyəsizcəsinə “qırmızı xətt” göstərmələri – Ermənistanın sərhədlərinin dəyişdirilməsinə qətiyən dözməyəcəklərini demələri və deməklə də qalmayıb hərəkətə keçmələridir. Yəni Məhəmməd Əhədinin bildirdiyi kimi “bəzi qüvvələr” doğrudan da, çox yumşaq desək, aramızdakı əlaqələrə xələl gətirirlər. Amma söhbət o “qüvvələr”dən gedir ki, iranlı general Tehrana dönən kimi onlarla görüşəcək və nəinki görüşəcək, həm də Bakıdakı toplantı haqda məruzə də edəcək”.

Gülbəniz Hüseynli



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bizim #qələbəmizə #göz #yaşı #axıdanlar #indi #Ermənistanla #qardaşlıq #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu