“Bizim Qələbəmizdə mübarizlik hissi mühüm rol oynayıb”
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmləri oxşar cəhətlərdəndir. Xalqımız işğal və təcavüzlə heç zaman barışmayıb, öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad edib.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlətimizin başçısı Kuba xalqının azadlıq uğrunda mübarizədə bütün məhrumiyyətlərə dözdüyünü dünyaya sübut etdiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bizim Qələbəmizdə də Kuba xalqında olduğu kimi, mübarizlik hissi mühüm rol oynayıb və bu oxşarlıq xalqlarımızı bir-birinə daha da bağlayır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bizim #Qələbəmizdə #mübarizlik #hissi #mühüm #rol #oynayıb