fbpx

BMT Baş Assambleyası prezidentinin Azərbaycana gəlir

BEY.AZ informasiya agentliyi xəbər verir

BMT Baş Assambleyası prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb.

BMT-nin Azərbaycan nümayəndəliyindən Metbuat.az-a verilən məlumata görə, BMT Baş Assambleyanın 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan xarici işlər nazirinin dəvəti ilə 2022-ci il iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq.

Prezident Şahid iyunun 13-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir.

Elə həmin gün Abdulla Şahid ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək.

Azərbaycana səfəri zamanı Baş Assambleya prezidenti rezident əlaqələndirici Vladanka Andreevanın rəhbərlik etdiyi BMT-nin Ölkə üzrə İdarə Heyətinin üzvləri ilə də görüşəcək.

Abdulla Şahidi Baş Assambleya Prezidenti Ofisinin (BAPO) dörd əməkdaşı müşayiət edəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin