BMT-dən İsrailin qərarına reaksiya
Birləşmiş Millətlər Təşkilatı İsrailin baş katibi Antonio Quterreşi “persona non qrata” elan etməsinin siyasi qərar olduğunu bəyan edib.
BEY.AZ xəbər verir ki, mətbuat konfransında mövzu ilə bağlı sualları cavablandıran BMT-nin sözçüsü Stefan Dujarrik BMT Təhlükəsizlik Şurası üzvlərinin Quterreşə verdiyi dəstəkdən məmnun olduqlarını bildirib. “Biz bunun siyasi qərar olduğunu düşünürük” deyən Dujarric bildirib ki, bunu BMT personalına qarşı hücumların davamı olduğunu da irəli sürmək olar. BMT-nin baş katibi ilə digər üzv dövlətlər arasında münasibətlərin əvvəllər də gərgin olduğunu xatırladan BMT sözçüsü, “Ancaq belə bir üslubla rastlaşdığımı xatırlamıram” deyə bildirib.
Qeyd edək ki, İsrail administrasiyası Yaxın Şərqdə gərginliyin azaldılmasını tələb edən BMT-nin baş katibi Quterreşin “persona non qrata” elan edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |